...

Bakı Metropoliteni stansiyalardan birinin əlavə çıxışının tikintisi üzrə işlər aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2012 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışının tikintisi çərçivəsində maili tunelin qazılması işlərini aparır. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Metropolitenindəki mənbə məlumat verib.

"Elmlər Akademiyası" stansiyasının yerləşdiyi rayonda bir sıra ali məktəb müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası və başqa dövlət müəssisələri, nazirliklər yerləşir.

Mənbənin sözlərinə görə, paralel olaraq əsas kollektorun çəkilməsi işləri görülür və tikinti zonasına düşən ticarət obyektlərinin köçürülməsi məsələsi həll edilir.

"Ekskolator üçün maili tunelin qazılmasına artıq başlanıb, eləcə də kollektorun çəkilməsi işləri görülür", - mənbə qeyd edib.

Mənbənin dediyi kimi, obyektklərin köçürülməsi məsələsi yaxın vaxtlarda həll olunacaq ki, bu da tikinti işlərinin tam aktivləşdirilməsi və kommunikasiyaların köçürülməsi üçün şərait yardacaq.

"Elmlər Akademiyası" stansiyasının əlavə çıxışının 2015-ci ildə istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti