...

"Meqa Sığorta" şirkətinin səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 19:48 (UTC +04:00)
İyunun 7-dən etibarən "Meqa Sığorta" şirkətinin adi, sənədli, adlı səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır.
"Meqa Sığorta" şirkətinin səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Ə.Həsənov/

İyunun 7-dən etibarən "Meqa Sığorta" şirkətinin adi, sənədli, adlı səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.

Hazırda şirkətin kapitalı 7 milyon manat təşkil edir. Emissiyanın yerləşdirilməsi ilə şirkətin nizamnamə kapitalı 10 milyon manatadək artacaq.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi şirkətin 3 milyon manat həcmində səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 5000 manat olan 600 səhm buraxılıb.

Sövdələşmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

"Meqa Sığorta" şirkəti səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə salınması üçün BFB-yə müraciət edib.

Xəbər lenti

Xəbər lenti