...

Azərbaycan MDB ölkələri vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasına sədrliyi qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 12:51 (UTC +04:00)
MDB ölkələri vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasına sədrlik Azərbaycana keçib.
Azərbaycan MDB ölkələri vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasına sədrliyi qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Axundov /

MDB ölkələri vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasına sədrlik Azərbaycana keçib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü Bakıda Ukraynanın vergi xidmətinin rəhbəri Aleksandr Klimenko bildirib.

Bakıda iyunun 6-dan 8-dək MDB ölkələrinin vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XIX iclası keçirilir. Ukrayna 2011-2012-ci illərdə Şuraya sədrlik edib.

"Əldə olunan müsbət dəyişikliklərin, innovasiyaların səviyyəsindən və Əlaqələndirmə Şurasında işinin peşəkarlığından çıxış edərək 2012-ci və 2013-cü illərdə Şuraya nazir Fazil Məmmədovun şəxsində Azərbaycanın Vergilər Nazirliyi rəhbərlik edəcək", - Klimenko deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan və Əlaqələndirmə Şurasının bütün iştirakçıları üçün çox vacib və əhəmiyyətlidir.

"Bu addım Şuranın işinə müsbət təsir edəcək, çünki qarşılıqlı fəaliyyətin daha yüksək keyfiyyət səviyyəsinə keçmək üçün əlavə imkan yaranacaq", - Klimenko bildirib.

Tədbirdə habelə ƏŞ-nin MDB-nin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı, azad ticarət zonası haqqında saziş çərçivəsində fəaliyyət, 2009-2011-ci illərdə MDB-nin iqtisadi inkişafının strategiyasının I mərhələsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər planının reallaşdırması və s. üzrə fikir mübadiləsi aparılacaq.

Şuranın iclasında MDB İcraiyyə Komitəsinin, MDB üzvü olan ölkələrin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukraynanın vergi xidmətlərinin vəzifəli şəxsləri iştirak edirlər. Müşahidəçi qismində Latviya, Litva və Koreyanın vergi orqanlarının rəhbərləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti