...

Azərbaycanda 13 şəhərin regional inkişaf planı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 11:43 (UTC +04:00)
Dövlət Arxitektura və Şəhərsalma Komitəsi ölkənin 13 şəhərinin baş planının hazırlanması üzrə işləri başa çatdırıb.
Azərbaycanda 13 şəhərin regional inkişaf planı hazırlanıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsi ölkənin 13 şəhərinin baş planının hazırlanması üzrə işləri başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Komitə Yevlax, Şəki, Qax, Bərdə, Ağdaş, Ucar, Cəlilabad, Masallı, Qobustan, Şamaxı, Xızı, İsmayıllı və Samux şəhərlərinin müfəssəl planını hazırlayıb.

"Həmin regional inkişaf planları gələcəkdə müxtəlif yerli hakimiyyət orqanlarının istinad edəcəkləri əsas sənədlər olacaq", - məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti