...

3000 litrdən çox qazlı sular məhv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 15:16 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mahal Yusifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
3000 litrdən çox qazlı sular məhv edildi

Azərbaycan, Bakı, 29 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mahal Yusifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Amore" əmtəə nişanlı qazlı suların tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərinin və koli-indeksinin normadan çox olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 3085 litr qazlı suların qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Mahal Yusifova icrası məcburi göstəriş verilib.

Qeyd edilən içkilər Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Bundan başqa, istehsal olunan məhsulların markalanmasında istehlakçıların çaşdırılmasına səbəb olan məlumatlardan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə Mahal Yusifov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti