...

AXA MBASK avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı növbəti iri ödənişini gerçəkləşdirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 10:36 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib.
AXA MBASK avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı növbəti iri ödənişini gerçəkləşdirib (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəmə iyunun 16-da Qusar şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 5000 manat məbləğində sığorta ödənişi zədələnmiş "Volkswagen Passat" markalı avtomobilin sahibinə təqdim olunub.

Şirkət ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli artıq 100 min manata yaxın sığorta haqqı ödəyib.

Qeyd edək ki, icbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə onlayn rejimində buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti