...

Azərbaycanın bir sıra şəhərlərində çirkab sutəmizləyici qurğular tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2012 17:16 (UTC +04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Xaçmaz, Xızı, Qobustan şəhərlərində və Altıağac qəsəbəsində çirkab sutəmizləyici qurğuların (ÇSTQ) tikintisi üzrə tender elan edib.
Azərbaycanın bir sıra şəhərlərində çirkab sutəmizləyici qurğular tikiləcək

Azərbaycan, Bakı, 9 iyul /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Xaçmaz, Xızı, Qobustan şəhərlərində və Altıağac qəsəbəsində çirkab sutəmizləyici qurğuların (ÇSTQ) tikintisi üzrə tender elan edib.

ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan hökumətinin iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirlən layihə çərçivəsində həmin şəhərlərin hər birində çirkab sutəmizləyici qurğular kompleksi yaradılacaq.

Layihəyə uyğun olaraq, Xaçmaz şəhərində sutkalıq gücü 30,4 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərindən axıdılan çirkab sular da bu qurğuda təmizlənəcək. Bununla paralel olaraq, Xızı şəhərində sutkalıq gücü 740 kubmetr, Qobustan şəhərində 2270 kubmetr, Altıağac qəsəbəsində 239 kubmetr olan çirkab sutəmizləyici qurğular tikiləcək.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidirlər. İddiaçı şirkətlər təkliflərini 17 avqust 2012-ci il tarixədək "Azərsu" ASC-yə təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti