...

“Bank Standard”ın ticarət platforması çoxlu sayda müştəri cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2012 14:47 (UTC +04:00)
"Bank Standard" Azərbaycanda ilk dəfə olaraq dünyanın 25-dən çox birjasında maliyyə əməliyyatlarında iştirak etmək imkanı yaradan ticarət platformasını istifadəyə verərək qısa müddət ərzində xeyli sayda müştəri cəlb edə bilmişdir.
“Bank Standard”ın ticarət platforması çoxlu sayda müştəri cəlb edib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

"Bank Standard" Azərbaycanda ilk dəfə olaraq dünyanın 25-dən çox birjasında maliyyə əməliyyatlarında iştirak etmək imkanı yaradan ticarət platformasını istifadəyə verərək qısa müddət ərzində xeyli sayda müştəri cəlb edə bilmişdir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Əməliyyatları onlayn rejimdə aparmağa imkan verən müasir, yüksək texnalogiyalı "Bank Standard Trader/WebTrader/ Mobile Trader" ticarət platformaları avropanın məhşur sərmayəçi banklarından biri tərəfindən yaradılıb və digərlərindən maliyyə alətlərinin geniş çeşidi və yüksək xidmət səviyyəsi ilə seçilir.

"Bank Standard" müştərilərin sərəncamına dünya maliyyə bazarlarında aşağıdakı kateqoriyalar üzrə ticarət əməliyyatları aparmağa imkan verən qabaqcıl texnologiya və maliyyə alətlərini təqdim edir: Foreks -160-dan çox valyuta cütlüyü, Səhmlər - 14.000-dən çox səhm, CFD - 8.400-dən çox müqavilə növü, Fyuçers- 140-dan çox müqavilə növü, Opsionlar və digər derivativlər.

Bank Standard Trader/WebTrader/Mobile Trader istifadədə sadə treydinq platformalarıdır. Bu platformalar vahid interfeys çərçivəsində gündə 24 saat ərzində istənilən kompüterdən və ya mobil telefondan ticarət əməliyyatları aparmağa, qiymətlərin dinamikasının monitorinq və təhlilini həyata keçirməyə və analitik icmal əldə etməyə imkan verir. Onlar heç bir yükləmə və ya quraşdırma tələb etmir.

"Bank Standard" həmçinin öz müştərilərini dünya birjalarında ticarət əməliyyatlarını uğurla aparmaq üçün analitik məlumat və texniki dəstəklə təmin edir. Yeni treyderlər üçün maliyyə bazarlarında işi öyrənmək məqsədli pulsuz təlimlər təşkil olunur.

Müştəri olmaq, pulsuz demo hesab açmaq və pulsuz təlimlərdə iştirak etmək istəyən hər kəs aşağıdakı internet səhifəsi və ya nömrələr vasitəsi ilə bankla əlaqə saxlaya bilər: http://trader.bankstandard.com/
Tel: (+994 12) 490 10 70
(+994 12) 158 24/7

Xəbər lenti

Xəbər lenti