...

"Unibank"dan analoqu olmayan kreditlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2012 16:13 (UTC +04:00)
"Unibank" ölkədə güzəşt müddətinə görə analoqu olmayan nağd kreditlərin verilməsinə başlayıb. Bankın təklif etdiyi yeni kredit məhsulunun əsas üstünlüyü müştəri tərəfindən ilk 6 ay ərzində yalnız faiz borclarının ödənilməsindədir.
"Unibank"dan analoqu olmayan kreditlər

Azərbaycan, Bakı, 6 avqust /Trend/

"Unibank" ölkədə güzəşt müddətinə görə analoqu olmayan nağd kreditlərin verilməsinə başlayıb. Bankın təklif etdiyi yeni kredit məhsulunun əsas üstünlüyü müştəri tərəfindən ilk 6 ay ərzində yalnız faiz borclarının ödənilməsindədir.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, bank xidmətləri bazarında pərakəndə kreditlərdə ilk dəfə tətbiq olunan yarımillik güzəştli dövr kredit öhdəliklərinin yerinə yetirilməsində tam rahatlıq yaradır. Bu növ nağd kreditlərin maksimal müddəti 24 aydan 30 ayadək artırılıb ki, bu da müştərilərin aylıq ödənişlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Analoqu olmayan və istənilən istehlak ehtiyaclarına ayrılan kreditlərin məbləği borcalanın gəlirlərindən asılı olaraq 300 manatdan 5000 manata qədər təşkil edə bilər. Bu zaman müştərinin minimal əməkhaqqına tələblər yoxdur. Qeyd edək ki, 2500 manata qədər kreditlər girovsuz və zaminsiz verilir, "Unibank"da müsbət kredit tarixçəsi olanlara isə daha yüksək məbləğdə zaminsiz kredit təqdim olunur.

"İndi al, gələn il ödə" şüarı altında tətbiq olunan kreditlərin faiz dərəcəsi dəyişməz qalıb və illik 30%-dən başlayır. Analoqu olmayan nağd istehlak kreditinin əsas məbləği güzəştli müddət bitdikdən (6 ay) sonra bərabər hissələrlə ödənilir. Həmçinin, kreditin istənilən zaman, əlavə komissiya haqqı tutulmadan, vaxtından əvvəl ödənilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, kredit sifarişlərinin qəbulu zamanı "Unibank" müştəri gəlirlərinin qiymətlədirilməsində çevik yanaşma tətbiq edir. Belə texnologiyalar müraciətlərə dəqiqələr ərzində növbəsiz baxılmasını və çıxarılan qərarlarda subyektiv amilləri istisna etməyə imkan verir. Analoqu olmayan istehlak kreditlərinin şərtləri barədə daha ətraflı məlumatı 117 nömrəli telefonla eldə etmək olar.

Xəbər lenti

Xəbər lenti