...

Azərbaycanda ilin I yarısında 82 SC cərimə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2012 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin birinci yarısında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 218 səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 116 şikayət ərizəsi və 13 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə QKDK-nın 2012-ci ilin I yarısı üzrə fəaliyyət hesabatında deyilir.

Araşdırma aparılmış səhmdar cəmiyyətlərinin 82-nin fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunduğuna görə həmin səhmdar cəmiyyətlərinə qarşı 17,050 manat məbləğində inzibati cərimələr tətbiq edilib. 92 səhmdar cəmiyyətinə fəaliyyətlərində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında icrası məcburi göstərişlər verilib.

"Eyni zamanda, səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarının üzvlərinə və səhmdarlarına qiymətli kağızlar bazarı və səhmdar cəmiyyətləri haqqında milli qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilib", - hesabatda deyilir.

Xəbər lenti

Xəbər lenti