Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A. Axundov/
Azərbaycan Nazirlər Kabinetinin 2012-ci il 27 avqust tarixli qərarı ilə "Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə qaydaları" təsdiq edilib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda deyilir.
Qaydalar gömrük nəzarətindən keçməli olan malların və nəqliyyat vasitələrinin yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki nəzarət vasitələrinin növlərinin siyahısını və onlardan istifadə qaydalarını müəyyən edir.