...

Azərbaycanda sudan qanunsuz istifadəyə görə cərimələr 1,27 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2012 15:04 (UTC +04:00)
Cari ilin səkkiz ayı ərzində sudan qanunsuz istifadə üzrə təqribən 1500 fakt aşkarlanıb. Təqsirləndirilən şəxslərə qarşı təqribən 1 milyon manat (1,27 milyon dollardan çox) məbləğində maliyyə sanksiyaları tətbiq edilib, bu vəsaitin 40 faizi artıq ödənilib.
Azərbaycanda sudan qanunsuz istifadəyə görə cərimələr 1,27 milyon dolları ötüb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Cari ilin səkkiz ayı ərzində sudan qanunsuz istifadə üzrə təqribən 1500 fakt aşkarlanıb. Təqsirləndirilən şəxslərə qarşı təqribən 1 milyon manat (1,27 milyon dollardan çox) məbləğində maliyyə sanksiyaları tətbiq edilib, bu vəsaitin 40 faizi artıq ödənilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə "Azərsu" ASC-nin Kommersiya departamentinin rəisi Səday Alıyev deyib.

"Sudan qanunsuz istifadə haları daha çox avtomobillərin yuyulması məntəqələrində, restoranlarda və iaşə obyektlərində müşahidə edilir. Biz pozuntu hallarının aşkar edildiyi obyektlərə suyun verilişini dayandırmışıq. Onlar cərimələri ödədikdən sonra suyun verilişi bərpa olunacaq", - Alıyev bildirib.

Cərimənin həcmi su borusunun diametri və onun saniyədə buraxılış qabiliyyəti əsasında hesablanır, sonra sutka ərzində orta hesabla istehlak həcmi müəyyənləşdirilir. İş günü orta hesabla 8 saat davam edir, bundan sonra isə cərimənin miqdarı müəyyənləşdirilir.

"Əgər hər hansı kommersiya obyekti 20 millimetrlik su borusundan qanunsuz istifadə edibsə və kanalizasiyadan qanunsuz yararlanıbsa, illik cərimənin həcmi 3124 manat təşkil edəcək", - Alıyev qeyd edib.

Onun sözlərinə görə, sentyabrın 1-nə əhalinin "Azərsu" ASC-yə ümumi borcu təqribən 30 milyon manat təşkil edib, abonentlərin sayı 1,1 milyondan çoxdur, onlardan 60 faizindən çoxu sayğaclarla təmin edilib.

Departament rəisi onu da qeyd edib ki, smart-kartdan istifadə edən əhali üçün sayğaclar pulsuz quraşdırılacaq, kommersiya obyektləri isə onları öz hesabına quraşdıracaqlar.

"Azərsu" ASC-nin Hüquq departamentinin rəisi Mehman İbrahimov bildirib ki, sudan qanunsuz istifadə oğurluq hesab olunur və belə işlərlə məşğul olan abonentlər qanunla cavab verməlidirlər.

Onun sözlərinə görə, "Azərsu" ASC abonentin qanun pozuntusuna yol verdiyini müəyyənləşdirən qaydalar tərtib edib. Bu, sudan müvafiq müqavilə olmadan istifadə, su borusunun diametrinin sənədlərdəki məlumatlarla uyğun olmaması, əhali üçün nəzərdə tutulan suyun kommersiya məqsədləri üçün istifadə edilməsi və s.-dir.

"Hazırda Bakının bir çox hissəsində artıq suyun sutkalıq verilişi həyata keçirilir, bu prosesi ləngidən əsas faktorlardan biri bu və ya digər rayonda abonentlərin sayı haqqında dəqiq məlumatların olmamasıdır", - İbrahimov vurğulayıb.

Qeyd edilib ki, yaxın iki ildə Bakıda sutkalıq və fasiləsiz su təminatı olacaq.

Xəbər lenti

Xəbər lenti