...

AIMROC Çovdar mədən-filiz yatağı üçün sementin tədarükünə dair tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2012 13:51 (UTC +04:00)
Beynəlxalq Mədən Əməliyyat Şirkəti (AIMROC) "Çovdar" layihəsinin reallaşdırılması üçün sementin tədarükü məqsədi ilə tender elan edib.
AIMROC Çovdar mədən-filiz yatağı üçün sementin tədarükünə dair tender elan edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Beynəlxalq Mədən Əməliyyat Şirkəti (AIMROC) "Çovdar" layihəsinin reallaşdırılması üçün sementin tədarükü məqsədi ilə tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Maraqlanan şəxslər şirkətə aşağıdakı ünvan üzə müraciət edə bilərlər: Bakı şəhəri, Tbilisi prospekti, 49/c (Chiraq Plaza), telefon: 012 499 72 26/27/28

Tender təklifləri 2012-ci il 20 sentyabr, saat 12:00-dək qəbul edilir.

Xəbər lenti

Xəbər lenti