...

Azərbaycan layihələrin idarə edilməsi sahəsində inkişafa nail olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2012 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr/Trend, müxbirlər E. İsmayılov, C. Nəsibova/

Azərbaycan layihələrin idarə edilməsi sahəsində inkişafa nail olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Bakıda jurnalistlərə Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) prezidenti Roberto Mori deyib.

"Biz səfər zamanı layihələrin idarə edilməsi sahəsinin, neft-qaz sektorunun və ümumilikdə iqtisadiyyatın inkişaf etdiyini gördük" , - Mori qeyd edib.

Bu gün Bakıda IPMA-nın Direktorlar Şurasının iclası keçirilir. İclas sabah da davam edəcək. Azərbaycan 2011-ci ildən IPMA-nın rəsmi üzvüdür.

Morinin sözlərinə görə, iclasın gedişatında cari məsələlər ilə ynaşaı, IPMA-nın rəhbərliyinin, xüsusilə 2013-2014-cü illər müddətinə prezidentin seçilməsi keçiriləcək. Həmçinin üç yeni ölkənin IPMA-ya üzvlüyü məsələsinə baxılacaq.

IPMA-nın marketinq üzrə vitse-prezidenti Staysi Qoff (ABŞ) deyib ki, bu tədbir Azərbaycan üçün əhəmiyyətlidir, çünki layihələrin idarə edilməsi uğurlu inkişafın intizamıdır.

Xəbər lenti

Xəbər lenti