...

Bakının Sabunçu rayonunda investisiya layihələrinin qəbuluna başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 10:56 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Bakının Sabunçu rayonunda investisiya layihələrinin qəbuluna başlanılır

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Axundov/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə Nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Sentyabrın 26-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılib, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli müasir quşçuluq təsərrüfatının yaradılması;
- kiçik və ya orta həcmli müasir istixana təsərrüfatının yaradılması;
- müasir bağçılıq təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti