...

"Türkiyə Hava Yolları" Azərbaycana reyslər üzrə biletlərin qiymətini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 13:11 (UTC +04:00)
"Türkiyə Hava Yolları" İstanbuldan Azərbaycanın Bakı, Gəncə və Naxçıvan şəhərlərinə biletlərin qiymətini hər iki istiqamətdə 99 avroyadək aşağı salıb.
"Türkiyə Hava Yolları" Azərbaycana reyslər üzrə biletlərin qiymətini azaldıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Tağıyeva/

"Türkiyə Hava Yolları" İstanbuldan Azərbaycanın Bakı, Gəncə və Naxçıvan şəhərlərinə biletlərin qiymətini hər iki istiqamətdə 99 avroyadək aşağı salıb. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Qiymətlər aşağıdakı şəhərlərə uçuşlar üzrə də azaldılıb: Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk, Sofiya, Belqrad, Zaqreb, Priştina, Podqoritsa, Lyublyana, Sarayevo, Kişinyov, Tbilisi və Batumi.

Kampaniya 2012-ci il noyabrın 1-dən 2013-cü il fevralın 14-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti