...

"Bank of Baku" və "Contact" ilə pul köçür, bonuslar qazan!

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 18:54 (UTC +04:00)
"Bank of Baku" və "Contact" təcili pulköçürmə sistemi yeni müştərək kampaniya elan edirlər. Kampaniya çərçivəsində Azərbaycandan MDB ölkələrinə pul köçürən şəxslərin bonus kartına vəsaitlər yüklənəcək.
"Bank of Baku" və "Contact" ilə pul köçür, bonuslar qazan!

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

"Bank of Baku" və "Contact" təcili pulköçürmə sistemi yeni müştərək kampaniya elan edirlər. Kampaniya çərçivəsində Azərbaycandan MDB ölkələrinə pul köçürən şəxslərin bonus kartına vəsaitlər yüklənəcək.

Bankdan Trend-ə verilən məlumata görə, bonus kartı 2010-cu ilin aprel ayından etibarən bankın təcili pulköçürmə xidmətlərindən yararlanmış müştərilərə verilən xüsusi kartlardır. Bu kartların sahibləri köçürülən vəsaitin 0,20%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 AZN-dən artıq olduqda həmin bonusları nağdlaşdıra bilir.

"Contact" təcili pulköçürmə sistemi ilə oktyabr ayından etibarən start götürəcək yeni, birgə kampaniya çərçivəsində həmin sistemlə pul köçürən hər müştərinin bonus kartına 0,20%-dək bonusdan başqa aşağıda göstərilən əlavə bonuslar da yüklənəcək:

1) 500-1000 ABŞ dolları/avro (ekvivalent rubl) - 1 manat
2) 1001-2000 ABŞ dolları/avro (ekvivalent rubl) - 2 manat
3) 2001 və daha artıq məbləğdə ABŞ dolları/avro (ekvivalent rubl) - 5 manat

Bonus kartı olmayan müştərilər kampaniya çərçivəsində "Bank of Baku"nun istənilən filialından bu kartı əldə edə bilər. Azərbaycandan MDB dövətlərinə pul köçürmək niyyətində olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə birgə "Bank of Baku"nun istənilən filialına müraciət edə bilər. Bu kampaniya ilə "Bank of Baku" və "Contact" yaxınları xaricdə işləyən və ya təhsil alan şəxslər üçün sərfəli bir fürsət yaratmış olur.

Bu gün "Bank of Baku" "Contact"dan savayı, "Migom", "Caspian Money Transfer", "Western Union", "Быстрая Почта" və "Золотая Корона" kimi aparıcı təcili pulköçürmə sistemləri ilə əməkdaşlıq edir.

Bu kampaniyanın şərtləri ilə daha yaxından tanış olmaq üçün "Bank of Baku"nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək olar, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət edib istənilən sual vermək olar.

Xəbər lenti

Xəbər lenti