...

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiya qoyuluşu müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 14:02 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Özbəkistan Baş nazirinin müavini Uluqbek Rozukulov iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiya qoyuluşu müzakirə edilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanda səfərdə olan Özbəkistan Baş nazirinin müavini Uluqbek Rozukulov iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Özbəkistan arasında təkmil qanunvericilik bazası yaradılıb və bu sahədə indiyədək 100-ə yaxın sənəd imzalanıb. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti əhəmiyyətlidir.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsinin həcmi 2011-ci ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb. İşgüzar səfərlərin, birgə biznes forumların və sərgilərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayan nazir 2010-cu ilin noyabrında Özbəkistanda Azərbaycanın xarici ölkədə ilk Milli Sərgisinin, dekabr ayında isə Özbəkistanın ölkəmizdə Milli Sərgisinin keçirildiyini bildirib.

Ölkəmizə səfərindən və Azərbaycanın davamlı iqtisadi inkişafından məmnunluğunu ifadə edən Özbəkistan Baş nazirinin müavini Uluqbek Rozukulov ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti