...

flydubai EX-IM Bankın maliyyələşdirdiyi ilk təyyarəni qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 11:06 (UTC +04:00)
ABŞ bankı tərəfindən maliyyələşdirilən 117,5 milyon dollarlıq saziş aviaşirkətin miqyas artımını və yetkinkiyini nümayiş etdirir.
flydubai EX-IM Bankın maliyyələşdirdiyi ilk təyyarəni qəbul edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Dubayın qənaətcil flydubai şirkəti Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal bankı tərəfindən (Ex-Im Bank) 117,5 milyon dollarlıq kredit sazişi əsasında maliyyələşdirilən üç təyyarədən birincisini təhvil götürüb. Bu, artıq flydubai hava donanmasının 26-cı təyyarəsidir. Daha iki təyyarə noyabr və dekabr aylarında gətiriləcək. Beləliklə, 2012-ci ilin sonunadək aviaşirkət təyyarələrin sayını 28-ə çatdıracaq. Ex-Im Bank ilk dəfədir ki flydubai təyyarələrini vəsaitlə təmin edir.

flydubai aviaşirkətinin davamlı inkişafı və nailiyyətləri alternativ təxsisat imkanlarının tədqiq edilməsini zəruri edir.

Cari ildə aviaşirkətin marşrut şəbəkəsi xeyli artıb. Buxarest, Səna, Bəsrə, Ən-Nəcəf, Bişkek və Tayif şəhərlərinə yeni reyslər açılıb. Növbədə Makedoniyanın paytaxtı Skopye və Səudiyyə Ərəbistanının Tabuk şəhəridir. Skopyeyə uçuşlar oktyabrın 18-dən, Tabuka isə - noyabrın 7-dən etibarən başlanır.

Üstəlik, şəbəkə üzrə hava reyslərinin sayı, 2011-ci ilin avqustundan cari ilin avqust ayı ərzində 41% artıb. Yuxarıda qeyd edilən amillər və aviaşirkətin mötəbərliyinin təsdiqlənməsi işgüzar insanlar və turistlərin seçim imkanlarını artırıb.

"Bu tarixi saziş flydubai-ın daim inkişaf etməsini nümayiş etdirir. Qısa müddət ərzində biz bir çox uğurlar əldə etmişik. Lakin bizi ruhlandıran odur ki, bu yalnız başlanğıcdır, yeni uğurlarımıza doğru növbəti addımıdır. Həmçinin, qətiyyətlə bəyan edə bilərəm ki, yüksəlişimizə baxmayaraq, əlverişli tariflər təklif edən aviaşirkət olaraq qalırıq və müştərilərimizin seçim imkanlarını daim artırmağa çalışırıq" - hadisəni şərh edən flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyib.

flydubai, Dubay Beynəlxalq Hava limanının şimal hissəsində yerləşən, sərnişin axınına görə dünyada dördüncü yer tutan, ikinci Terminalda fəaliyyət göstərir.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 26 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir.
Şirkətin İnternet saytı (www.flydubai.com), Məlumat Mərkəzi (+9714 301 0800) və turizm agentlikləri müştərilərlə ünsiyyətdə mühüm əhəmiyyət kəsb edirlər.
Daha ətraflı məlumat üçün lütfən müraciət edin:
Emi Qrivs, flydubai: (+971) 56 682 6100; Email: [email protected]
Lyusi Smit, DABO & CO: (+971) 50 915 5735; Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti