...

Azərbaycan Milli Kulinariya Assosiasiyası “Çudo Peçka”nı mükafatlandırıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Çudo Peçka" şirkətinin 9 əməkdaşı Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Moskva şəhərində yerləşən Şokolad Məktəbi tərəfindən mükafatlandırılıb. Qənnadıçılar Rusiyalı məşhur qənnadı ustası Yelena Suçkovanın Bakıda keçdiyi master-klasslarda fərqləniblər.

Sertifikatlar 20 oktyabr Beynəlxalq Kulinariya Günü münasibəti ilə AMKA-ın təşkil etdiyi tədbirdə təqdim olunub. Mükafatları təqdim edən assosasiyanın rəhbəri Tahir Əmiraslanov tədbirdə iştirak edən qonaqlara "Çudo Peçka"nın sertifikatla təltif olunan əməkdaşlarını işarə edərək "Artıq onlar Azərbaycanda tortları hamıdan fərqli hazırlayırlar" deyərək keçirilmiş master-klassın əhəmiyyətini vurğulayıb.

Tahir Əmiraslanovun təriflədiyi tortlar, dessetlər, piroqlar və bu kimi digər qənnadı məhsullarının təkmilləşdirilmiş texnologiyalar üzrə hazırlanması ilə bağlı xüsusi treyninqlər keçmiş "Çudo Peçka" əməkdaşları Kəmalə Ağaquliyeva, Roman Vinokurov, Nazilə Vəliyeva, Yelena Koşarova, Gülnaz Rzayeva, Kəmalə Zöhrabova, Yuriy Kibalov, Nuriyə Məhəmmədova, Aydan Əliyevadır.

Tədbirdə həmçinin, "Çudo Peçka" şirkət olaraq da mükafatlandırılıb. AMKA ilə əməkdaşlıq etdiyi üçün assosasiyanın xüsusi təşəkkürünü bildirən diplomla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti