...

flydubai Skopye şəhərinə uçuşlara başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 12:15 (UTC +04:00)
Dubay hava daşıyıcısı BƏƏ və Makedoniya arasında ilk birbaşa hava xəttini açdı
flydubai Skopye şəhərinə uçuşlara başladı

flydubai aviaşirkətinin təyyarəsi Dubaydan Makedoniyanın paytaxtı Skopye şəhərinə ilk reysini həyata keçirib. Beləliklə, aviaşirkətin marşrut şəbəkəsi Mərkəzi və Şərqi Avropanın 15 şəhərini əhatə edir.

Makedoniyanın Nəqliyyat və Kommunikasiya naziri Mayl Yanekaski və TAV Holdinq-in Əməliyyat üzrə Direktoru Murat Ornekol ilk reyslə Skopyeyə gəlmiş flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyti qarsalayıblar. Yeni hava yolunun açılışı ilə bağlı keçirilmiş mətbuat konfransında Qeyt Əl Qeyt deyib: "Cari ildə aviaşirkətimiz tərəfindən açılan yeni marşrutların 40% Mərkəzi və Şərqi Avropanın payına düşür. Skopye şəhərinə uçuşlara başlayraq, biz, Dubayı hava nəqliyyatı defisiti ilə üzləşən daha bir regionla birləşdirdik. Yeni hava yolu ölkələrəmiz arası əməkdaşlıq üçün yeni imkanlar yaradır, həmçinin, bizim bu regionda biznesin inkişafına olan marağımızı təsdiq edir".

Birləşmiş Ərəb Əmirliklərinin Xarici Ticarət Nazirliyinin məlumatına əsasən, BƏƏ və Makedoniya arasında əmtəə dövriyyəsi, 2011-ci ilin yekunlarına görə, 80% artıb. Bu, xüsusilə toxuculuq sənayesinin məhsullarına aiddir.

"flydubai kimi qənaətcil aviaşirkətlər sərnişinlərə əlverişli tariflərlə səyahət etmək imkanı yaradır. Bir qayda olaraq iqtisadı artım müşahidə edilən regionlara reyslər həyata keçirilir. flydubai aviaşirkərinin marşrut xəritsinə Skopyenin düşməsi - çox mühüm hadisədir. Artıq vətəndaşlarımız Dubaya səfər edə bilərlər, oradan flydubai vasitəsilə daha 50 istiqamət üzrə səfər edə bilərlər" - Makedoniyanın Nəqliyyat və Kommunikasiya naziri Mayl Yanekaski deyib.

Turizm və Səyahətlər üzrə Ümumdünya Şurasının məlumatına görə, Makedoniyanın ÜDM-da turizm sahəsinin payı yaxın 10 il ərzində, hər il 5% artacaq. Makedoniya turistləri zəngin tarixi, mədəniyyəti və çoxsaylı diqqətə layiq yerləri ilə cəlb edir. Bunların sırasında Skopyedə yerləşən, 1 500 il bundan öncə inşa edilən Kale Qalası və cənüb-qərbdəki Oxrid gölünün adlarını çəkmək olar.

Skopye MDB, Mərkəzi və Şərqi Avropa regionunun ikinci şəhəridir ki, son ay ərzində flydubai marşrut şəbəkəsinə daxil olur. 2012-ci il Oktyabrın 1-dən etibarən aviaşirkət Rumıniyanın paytaxtı Buxarest şəhərinə uçuşlara başlayıb. Region üzrə aviaşirkət artıq 15 istiqamət üzrə xidmət göstərir. Bunların arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Rumıniya, Serbiya, Türkmənistan, Ukrayna və, nəhayət, Makedoniya da var

Dubay - Skopye aviareysinə gediş-dönüş qiyməti 647 ABŞ dollarından başlayır. Tarifə
bütün vergi və rüsumlar, 20 kiloqram yükün daşınması, 7 kiloqramadək əl yükü, əl çantası və yaxud noutbuk (çexolda) daxildir. Daha geniş yer seçimi (ayaqlar üçün) xidmətindən istifadə etmək üçün, əlavə olaraq, 28 ABŞ dollar ödəmək lazımdır. Təyyarənin göyərtəsində sərnişinlərə geniş çeşidli xidmət təklif edilir. Əyləncə sistemindən istifadə imkanı, sərinləşdirici içkilər menusu, rüsumnan azad dükanın məhsulları və s.

Dubayla Skopye arasında reyslərə biletləri flydubai aviaşirkətinin saytı vasitəsi ilə (www.flydubai.com), BƏƏ-ki Məlumat Mərkəzindən (+9714 231 1000) və yaxud turizm şirkətlərindən əldə etmək olar. Avtomobil icarəsi və aviaşirkətin turizm sığortası xidməti haqqında məlumatları, həmçinin, flydubai.com saytında əldə etmək mümkündür.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 50 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 26 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. 2012-ci il, Yanvarın 1-dən flydubai sərnişin şəbəkəsi çərçivəsində fəaliyyət göstərən yükdaşıma xidmətini və əlavə 25 istiqamət istifadəyə verib.

Şirkətin İnternet saytı (www.flydubai.com),
Daha ətraflı məlumat üçün lütfən müraciət edin:
Emi Qrivs, flydubai: (+971) 56 682 6100; Email: [email protected]
Əfşanə Həmid, DABO & CO: (+971) 50 3782723; Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti