...

Azərbaycan İstanbulda beynəlxalq sammitdə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 16:19 (UTC +04:00)
İstanbulda "Xarici ticarət körpüsü "Türkiyə - dünya ölkələri" adlı beynəlxalq sammit keçiriləcək. Sammitdə Azərbaycan nümayəndələri də iştirak edəcək.
Azərbaycan İstanbulda beynəlxalq sammitdə iştirak edəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir C.Nəsibova/

İstanbulda "Xarici ticarət körpüsü "Türkiyə - dünya ölkələri" adlı beynəlxalq sammit keçiriləcək. Sammitdə Azərbaycan nümayəndələri də iştirak edəcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Məmmədəli Əfəndiyev bildirib.

Tədbir bu il noyabrın 26-30-da Türkiyə Sahibkaralrı və Sənayeçiləri Konfederasiyasının (TUSKON) və Türkiyə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Sammit geyim, toxuculuq, dəri məmulatları və müvafiq avadanlıqların istehsalı kimi sahələri əhatə edəcək.

Qeyd edək ki, 2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Türkiyə arasında ikitərəfli əmtəə dövriyyəsi 1 309 535,4 min dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti