...

"Albalı" kart icbari sığortanın alınmasını daha sərfəli etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2012 16:38 (UTC +04:00)
Bankdan Trend-ə verilən məlumata görə, avtomobillərin icbari sığortasını daha rahat və sərfəli edən bu layihə çərçivəsində avtomobilini icbari sığorta etdirənlər "Albalı" kartının köməyi ilə bu məbləği 6 ay ərzində, faizsiz və bərabər hissələrlə ödəyə biləcəklər.
"Albalı" kart icbari sığortanın alınmasını daha sərfəli etdi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

"Unibank" "Atəşgah" sığorta şirkəti ilə yeni layihəyə başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, avtomobillərin icbari sığortasını daha rahat və sərfəli edən bu layihə çərçivəsində avtomobilini icbari sığorta etdirənlər "Albalı" kartının köməyi ilə bu məbləği 6 ay ərzində, faizsiz və bərabər hissələrlə ödəyə biləcəklər.

Bu unikal layihə avtomobilini icbari sığorta etdirənlərə 6 ay ərzində 10 manatdan başlayaraq ödəmə imkanı verir. Məsələn, əgər avtomobilin icbari sığortası 120 manat təşkil edirsə, nəqliyyat vasitəsinin sahibi "Albalı" kartının köməyi ilə bu məbləği hər ay bərabər olaraq, 20 manat olmaqla 6 aya ödəyir.

İş yerindən arayış istənilmədən verilən "Albalı" kartını elə "Atəşgah" sığorta şirkətinin ofislərindən, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə, cəmi bir neçə dəqiqəyə əldə etmək və elə həmin an icbari sığorta ödənişi etmək mümkündür.

"Atəşgah" sığorta şirkətinin ofislərindən "Albalı" kartını sovet istehsalı olmayan, buraxılış ili 2002-ci il və ondan sonra olan avtomobillərin sahibləri əldə edə bilər.

Eyni zamanda, "Unibank"ın "Albalı" kartına sahib digər bütün müştəriləri də "Atəşgah" sığorta şirkətinin bütün ofislərindən icbari sığorta ödənişlərini faizsiz, 6 aylıq müddətə əldə edə bilərlər.

Bu sərfəli imkandan istifadə etmək üçün yalnız avtomobil sahibi özü və yaxud onun etibarnamə verdiyi şəxs "Albalı" kartını ala bilər.

Ətraflı məlumat üçün "Unibank"ın muştəri xidmətlərinə (012 117) və ya "Atəşgah" sığorta şirkətinə (012 940) zəng vurmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti