...

Azərbaycanda ipoteka kreditləşməsinin həcmi 535 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 13:51 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-oktyabr aylarında 74,68 milyon manat (95 milyon dollardan çox) məbləğində kredit verilib.
Azərbaycanda ipoteka kreditləşməsinin həcmi 535 milyon dolları ötüb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-oktyabr aylarında 74,68 milyon manat (95 milyon dollardan çox) məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

2012-ci ilin yanvar-oktyabr ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 50,6 milyon manat təşkil edib.

Bu ilin on ayı ərzində AİF 23 milyon manat həcmində istiqrazlar yerləşdirib.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 420 milyon manatdan çox ipoteka krediti ayrılıb.

Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan çox olan borcalanların payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti