...

Azərbaycan və Bolqarıstan şirkətləri qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2012 13:20 (UTC +04:00)
Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində iki üçtərəfli qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Azərbaycan və Bolqarıstan şirkətləri qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir C.Nəsibova/

Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində iki üçtərəfli qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, Azərbaycanın "Azvirt" şirkəti Bolqarıstanın "Trace Group" və "Dinamic Resource" şirkətləri, yerli "Caspian service" şirkəti isə "Dinamic Resourse" və "Biad Company" şirkətləri ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

Hazırda Azərbaycanda Bolqarıstan kapitalı ilə 10 şirkət fəaliyyət göstərir.

Tədbirdə Azərbaycan sahibkarları və şirkətləri, həmçinin Bolqarıstanın 12 müəssisəsinin nümayəndələri, Bolqarıstanın İnşaat Palatası daxil olmaqla, PST Holding, Euro Alliance Engineering və başqaları iştirak ediblər. Bolqarıstan nümayəndə heyətinə regional inkişaf və ictimai işləri naziri Liliyana Pavlova başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti