...

Azərbaycan və Bolqarıstan üçüncü ölkələrdə birgə tikinti işləri həyata keçirmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2012 13:27 (UTC +04:00)
Bolqarıstan üçün Azərbaycanla mövcud möhkəm siyasi münasibətləri təsdiq etmək və Bolqarıstanın tikinti şirkətlərinin bu ölkənin iri inşaat layihələrində iştirakı məqsədilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək çox vacibdir.
Azərbaycan və Bolqarıstan üçüncü ölkələrdə birgə tikinti işləri həyata keçirmək niyyətindədirlər

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir C.Nəsibova/

Bolqarıstan üçün Azərbaycanla mövcud möhkəm siyasi münasibətləri təsdiq etmək və Bolqarıstanın tikinti şirkətlərinin bu ölkənin iri inşaat layihələrində iştirakı məqsədilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək çox vacibdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda Bolqarıstanın regional inkişaf və ictimai işləri naziri Liliyana Pavlova birgə biznes forumundan sonra jurnalistlərə bildirib.

"Bolqarıstanın tikinti şirkətləri Azərbaycanın infrastruktur layihələrində iştirak etməkdə maraqlıdırlar, həmçinin biz Azərbaycan tərəfindən avtomobil və dəmir yolları sahəsinə, su təchizatı obyektlərinə, enerji və qazlaşdırma sektorlarına investisiyaların cəlb edilməsi və əməkdşalıqda maraqlıyıq", - nazir qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Bolqarıstanın tikinti şirkətləri arasında imzalanan anlaşma memorandumları hər iki ölkədə və üçüncü ölkələrdə birgə inşaat işləri aparmağa imkan verir.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov jurnalistlərə deyib ki, Azərbaycan iqtisadiyyatının inkişafı, ixrac və investisiya imkanları nəzərə alınmaqla, Bolqarıstanla ticari-iqtisadi əməkdaşlıq ölkə üçün önəmlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti