...

Azərbaycan elektron patent məhkəmələr sahəsində Almaniya təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2012 14:26 (UTC +04:00)
Azərbaycanda elektron patent məhkəmələrin tətbiqi Mülki Məcəlləyə və digər qanunvericilik aktlarına dəyişikliklər edilməsini tələb edə bilər.
Azərbaycan elektron patent məhkəmələr sahəsində Almaniya təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A. Axundov/

Azərbaycanda elektron patent məhkəmələrin tətbiqi Mülki Məcəlləyə və digər qanunvericilik aktlarına dəyişikliklər edilməsini tələb edə bilər. Trend-in məlumatına görə, bu barədə Almaniyanın Federal Patent Məhkəməsinin hakimi Volfqanq Ştoppel bazar ertəsi Bakıda keçirilən "Elektron patent məhkəmənin hüquqi və texniki aspektləri" mövzusunda seminarda çıxış edərkən deyib.

Seminarda Azərbaycanda elektron patent məhkəmələrin tətbiqi imkanları müzakirə edilib, Almaniya mütəxəssislərinin bu sahədə nailiyyətləri nümayiş etdirilib.

Seminar Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (IRZ) tərəfindən təşkil edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidovun sözlərinə görə, elektron patent məhkəmələri anlayışı Azərbaycan üçün yenidir və bu sahədə Almaniyanın qabaqcıl təcrübəsini öyrənmək faydalı olacaq.

"Bu sahədə addımlar Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması prosesi üçün müsbət nəticələr verəcək və bütün tərəflərə faydalı olacaq", - Seyidov qeyd edib.

IRZ-in Azərbaycandakı koordinatoru Rəşad Hüseynlinin sözlərinə görə, ölkənin məhkəmə sistemində elektron sənəd dövriyyəsinin tətbiqi və müasir texnologiyaların istifadə edilməsi bu sahədə işlərin səmərəliliyini artırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti