Azərbaycan, Bakı, 6 noyabr /Trend/
2012-ci ilin oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,3 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 1,2 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,3 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 72,9 faiz, idxal üzrə 8,0 faiz, tranzit üzrə isə 2,7 faiz bahalaşıb.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri sabit qalıb, digər xarici ölkələrə isə 7,7 faiz ucuzlaşıb.
Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 3,1 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,1 faiz və 7,7 faiz ucuzlaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 faiz ucuzlaşıb.
Telekommunikasiya sahəsində internet tarifləri 4,7 faiz ucuzlaşmış, mobil telefon rabitəsi üzrə isə 0,3 faiz bahalaşıb.