Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir C.Nəsibova /
Azərbaycan Beynəlxalq Bankı (ABB) MDB-nin təsərrüfat subyektləri arasında əlaqələrin inkişafında öz rolunu oynadı. Trend-in məlumatına görə, bu barədə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev cümə axşamı "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda Birlik dövlətlərinin V Bakı Beynəlxalq Bank Konfransının açılışında deyib.
"ABB MDB ölkələrinin təsərrüfat subyektləri arasında əlaqələrin inkişafına, həmçinin MDB-nin fəaliyyətinə onların inteqrasiyasına öz töhfəsini verib", - Hacıyev deyib.
İcraiyyə komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev qeyd edib ki, son iki il ərzində MDB-nin ümumi fəaliyyətində müsbət tendensiya müşahidə olunur. Bundan başqa, Azərbaycanın aktiv mövqeyi Birlik dövlətlərinin fəaliyyətinə kömək edir.
"Bu gün habelə MDB ölkələri üçün vahid maliyyə mərkəzinin yaradılması məsələsi müzakirə olunacaq", - Lebedev bildirib.
Onun sözlərinə görə, Moskvada maliyyə mərkəzinin yaradılması planlaşdırır.
Konfransın işində MDB, ABŞ, Macarıstan, Misir və başqa ölkələr daxil olmaqla, 15 ölkədən 180 iştirakçı iştirak edir.