...

Azərbaycan turistləri üçün Maldiv adalarına hava yolu açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2012 14:32 (UTC +04:00)

Dubayın qənaətcil flydubai aviaşirkəti Maldiv Respublikasının paytaxtı - Male şəhərinə uçuşlar həyata keçirəcəyini bəyan edib.

İlk təyyarə 2013-cü il, Yanvarın 19-da Dubay Beynəlxalq Hava limanının 2-ci Terminalından qalxaraq Male şəhərinin İbrahim Nəsir adına Hava limanında yerə enəcək. Uçuşlar həftədə 5 dəfə baş tutacaq. Beləliklə, flydubai Hindistan subqitəsinin 6 ölkəsi üzrə uçuş məntəqələrinin sayını 9-a çatdırmış oldu.

"Male şəhərinin marşrut şəbəkəmizə qoşulmasından çox məmnunuq, - flydubai aviaşirkətinin Baş meneceri Qeyt Əl Qeyt bildirib. - Biz Maldiv adalarına uçuşlar həyata keçirəcək ilk qənaətcil aviaşirkət olaraq, bu cənnət məkanına hava yolu açdıq. Yeni istiqamət sərnişinlərimiz arasında məşhur olacaq, xüsusilə, əlverişli qiymətlərlə dünyanın ən gözəl yerlərindən birində istirahət etmək arzusunda olanlar üçün".

Maldiv adaları dünyada zəngin tarixi, ekzotik mətbəxi, dəbdəbəli istirahət zonaları ilə tanınır. Eyni zamanda burada su idman növləri, xüsusən, dayvinqlə məşğul olmaq üçün geniş imkanlar mövcuddur. Üstəlik, bu ölkədə təbiətin qorunması və ekologiyaya daim diqqət yetirlir. Odur ki, 2011-ci ildə Maldiv adalarını ziyarət edən turistlərin sayı 2010-cu illə müqayisədə 17,6% artıb.

Maldiv adaları, xüsusən, Rusiya, MDB və Fars Körfəzi ölkələrinin vətəndaşları arasında məşhurdurlar.

"Biz bu istiqamət üzrə Fars Körfəzi, xüsusən Küveyt, habelə Rusiya, MDB dövlətləri, Mərkəzi və Şərqi Avropadan turist axınını gözləyirik. Eyni zamanda, bu bizim 2013-cü ildə açılacaq ilk marşrutumuz olacaq", - Qeyt Əl Qeyt əlavə edib.

Maldiv adaları dünyanın ən populyar turizm istiqamətlərindən biridir. Ümumi sahəsu 90 000 kv.km təşkil edən Respublika 1 190 mərcan adasından ibarətdir.

Dubaydan Male şəhərinə "gediş-dönüş" biletinin qiyməti 470 ABŞ dollarından başlayır. Biletin qiymətinə, bütün vergi və rüsumlar daxil olmaqla, 20 kilo yükün daşınması, çəkisi 7 kiloya qədər olan əl yükü, bir kiçik çanta və yaxud noutbuk üçün kiçik çanta daxildir. Ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq istəyənlər əlavə olaraq 28 ABŞ dolları ödəməlidirlər. Təyyarənin göyərtəsində sərnişinlərə geniş çeşidli xidmət təklif edilir: 3 ABŞ dollarından başlayaraq əyləncə sistemindən istifadə, habelə, sərinləşdirici içkilər menusu, rüsumnan azad dükanın məhsulları və s.

Dubayla Male arasında reyslərə biletləri flydubai aviaşirkətinin saytı vasitəsi ilə (www.flydubai.com), BƏƏ-ki Məlumat Mərkəzindən (+9714 231 1000) və yaxud turizm şirkətlərindən əldə etmək olar. Avtomobil icarəsi və aviaşirkətin turizm sığortası xidməti haqqında məlumatları, həmçinin, flydubai.com saytında əldə etmək mümkündür.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 50 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 26 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. 2012-ci il, Yanvarın 1-dən flydubai sərnişin şəbəkəsi çərçivəsində fəaliyyət göstərən yükdaşıma xidmətini və əlavə 25 istiqamət istifadəyə verib.
Şirkətin İnternet saytı (www.flydubai.com),
Daha ətraflı məlumat üçün lütfən müraciət edin:
Emi Qrivs, flydubai: (+971) 56 682 6100; Email: [email protected]
Lüsi Smit, DABO & CO: (+971) 50 915 5735; Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti