...

Azərbaycanda qiymətli kağızların idarə edilməsi üzrə iki lisenziyanın geri çağırılmasının səbəbi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 14:34 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unicapital" ASC və "Standard Capital" MMC-nin qiymətli kağızların idarəolunması üzrə lisenziyalarının geri çağrılmasının səbəbini açıqlayıb.
Azərbaycanda qiymətli kağızların idarə edilməsi üzrə iki lisenziyanın geri çağırılmasının səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 22 noyabr / Trend, müxbir A.Axundov /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unicapital" ASC və "Standard Capital" MMC-nin qiymətli kağızların idarəolunması üzrə lisenziyalarının geri çağrılmasının səbəbini açıqlayıb.

"Bu, həmin şirkətlər tərəfindən prudensial normaların və qanunvericilik tələblərinin pozulması ilə bağlı deyil. Bu qərar həmin lisenziyaların fəaliyyət müddətinin qurtarması və müddətin uzadılması haqqında müraciətlərin olmaması ilə əlaqədar qəbul edilib", - Trend-in məlumatına görə, cümə axşamı QKDK-nın sədri Rüfət Aslanlı jurnalistlərə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti