...

Azərbaycan bankı "Royal Bank"ın kreditorlarının tələbləri üzrə məhkəmə dinləmələrinin tarixi təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2012 12:25 (UTC +04:00)
1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində müflisləşmiş "Royal Bank"ın kreditorlarının tələblərinə baxılacaq.
Azərbaycan bankı "Royal Bank"ın kreditorlarının tələbləri üzrə məhkəmə dinləmələrinin tarixi təyin edilib

Azərbaycan, Bakı, 4 dekabr / Trend, müxbir A.Axundov /

1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində müflisləşmiş "Royal Bank"ın kreditorlarının tələblərinə baxılacaq.
Trend-in məlumatına görə, bu barədə bankın təsviyəçisi "Azerbaijan Consulting Company" MMC-nin çərşənbə axşamı rəsmi mətbuatda dərc etdirdiyi məlumatda deyilir.

Təsviyəçi tərəfindən qəbul edilmiş kreditorların tələblərinin siyahısının və rədd edilmiş tələblərin siyahısının təsdiqlənməsi məqsədi ilə dinləmələr 12 dekabr saat 11:30-a təyin edilib.

Tələbləri rədd edilmiş kreditorlar dinləmələrdə iştirak edə bilərlər.

Dinlənmələrə dəvət edilmiş kreditorun üzrsüz səbəbdən iştirak etmədiyi halda onun tələbləri rədd edilir. Təviyəçi belə kreditorlara yazılı xəbərdarlıq göndərəcək.

"Royal Bank" Açıq Səhmdar Cəmiyyətinin bank fəaliyyətinə dair lisenziyası iyulun 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti