...

Azərbaycanda ötən ay icbari sığorta haqlarının məbləği 6,1 milyon manat olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 20:45 (UTC +04:00)
Bu ilin noyabr ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 74,1 mindən çox sığorta müqaviləsi bağlanıb.
Azərbaycanda ötən ay icbari sığorta haqlarının məbləği 6,1 milyon manat olub

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Bu ilin noyabr ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 74,1 mindən çox sığorta müqaviləsi bağlanıb.

Trend Büroya istinadən məlumat verir ki, bunların 20,4 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

Noyabr ayı ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 6,1 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti