...

Rusiya dəniz registri Azərbaycanın aparıcı müəssisələri ilə əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 13:59 (UTC +04:00)
Rusiya Dəniz Gəmiçiliyi Registri (RDGR) və Azərbaycan Dövlət Dəniz Akakdemiyası (ADDA) Bakıda cümə axşamı əməkdaşlıq haqqında saziş imzalayıblar.
Rusiya dəniz registri Azərbaycanın aparıcı müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.İsmayılov/

Rusiya Dəniz Gəmiçiliyi Registri (RDGR) və Azərbaycan Dövlət Dəniz Akakdemiyası (ADDA) Bakıda cümə axşamı əməkdaşlıq haqqında saziş imzalayıblar.

Trend-in məlumatına görə, saziş dəniz mütəxəssislərinin hazırlanması və təhsili sahəsində əməkdaşlığın möhkəmləndilməsi və inkişafını nəzərdə tutur.

Sənəd Rusiya DGR sədrinin birinci müavini Gennadi Kolesnikov və ADDA rektoru Rasim Bəşirov tərəfindən imzalanıb.

Kolesnikovun cümə axşamı Dəniz Administrasiyasında RDGR və ADDA-nın birgə seminarının açılışında dediyi kimi, gələn il Azərbaycanda 90 ildən bəri mövcud olan registrin yaradılmasının 100 illik yubileyi olacaq. Sazişin imzalanması registrə öz təcrübəsini ADDA nümayəndələri ilə bölüşməyə imkan verəcək ki, bu da dəniz işi sahəsində ixtisaslaşdırılmış kadrların formalaşması üçün şərait yaradacaq.

Kolesnikovun sözlərinə görə, registr dünyanın 72 ölkəsində mövcuddur və ixtisaslaşmış və təhsilli kadrlara daim ehtiyac duyur. Buna görə də registrin və dəniz akademiyasının əməkdaşlığı registr bölmələrində işə cəlb edilə biləcək yüksək ixtisaslı kadrların hazırlığını təmin etməyə icazə verəcək.

"Azərbaycan öz dəniz donanmasını daim genişləndirir, ölkədə yeni limanın, gəmiqayırma zavodunun tikintisi kimi böyük layihələr reallaşır ki, bu da yeni ixtisaslaşdırılmış kadrların hazırlığını tələb edir. Akademiya, xüsusilə, elmi və maarifləndirici biliklərin mübadiləsi, kadrların hazırlanması, tələbə mübadiləsi sahələrində Avropa və Asiyanın ali məktəbləri ilə əməkdaşlıq edir", - ADDA rektoru Rasim Bəşirov seminarın açılışı zamanı deyib.

Onun sözlərinə görə, RDGR və ADDA arasında əməkdaşlıq registrin tələblərinə uyğun olaraq kadrlar hazırlamağa imkan verəcək.

Bu gün Bakıya keçirilən seminarda Azərbaycan Dövlət Dəniz Administrasiyasının, gəmiçilik şirkətlərinin, gəmiqayırma sənayesinin, ADDA və RDGR müəssisələrinin nümayəndələri iştirak edirlər.

Seminarın proqramında, həmçinin Xəzər regionunda RDGR-in fəaliyyətinin inkişaf perspektivləri, dənizdəki neft-qaz yataqlarının inkişafı üzrə layihələrdə iştirak da daxil olmaqla Rusiya DGR-in Azərbaycan Dövlət Dəniz Administrasiyası və Azərbaycanın dəniz liman nəzarəti orqanları ilə qarşılıqlı fəaliyyət məsələləri və RDGR-in müasir beynəlxalq tələblərə uyğunluğunun müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti