Cəlbedici dizaynı, keyfiyyəti və etibarlılığı sayəsində müştərilərin rəğbətini qazanan əfsanəvi Ford avtomobilləri indi sizə daha yaxındır. Ford Azərbaycan sizə çox sərfəli satış şərtləri ilə amerikan keyfiyyətinə sahib olmaq üçün ideal imkanlar yaradır.
Seqmentinin şəriksiz lideri olan Ford Edge avtomobilini 5900 AZN ilkin ödənişlə, kinetik dizayn əfsanəsi Ford Focus avtomobilini isə cəmi 3500 AZN ilkin ödənişlə və 600 AZN endirimlə Ford Azərbaycan satış mərkəzindən əldə edə bilərsiniz. İlkin ödənişə bütün bank və sığorta xərcləri daxildir.
Bundan əlavə Ford Focus modelini əldə etmək istəyən müştərilərə Ford Azərbaycandan 1 illik sığorta hədiyyə edilir. Ford Azərbaycandan tərəfindən təqdim edilən 3 il və ya 100.000 km zəmanət isə avtomobillərin uzun müddət sizə xidmət edəcəyindən xəbər verir.
Bu fürsəti qaçırmayın, Yeni ili Ford avtomobili ilə qarşılayın!
Ətraflı məlumatı Ford salonundan əldə edə bilərsiniz.
"FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "FNC Motors" bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.
Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)
Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,
E-mail: [email protected]
Rəsmi sayt: www.ford.az
Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan