...

Bakı Fond Birjası “Bank of Baku”nun istiqrazlarının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 10:25 (UTC +04:00)
14 dekabr 2012-ci il tarixindən etibarən BFB-də "Bank of Baku" ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılır.
Bakı Fond Birjası “Bank of Baku”nun istiqrazlarının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 14 dekabr / Trend, müxbir A.Axundov/

14 dekabr 2012-ci il tarixindən etibarən BFB-də "Bank of Baku" ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılır. Trend-in məlumatına görə, bu barədə BFB-nin yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində nominal qiyməti 1000 manat olan 10 min istiqraz buraxılacaq. Qiymətli kağızların tədavül müddəti illik 12 faiz dərəcəsi ilə 12 aydır və faizlərin ödənişi rübdə bir dəfə həyata keçiriləcək. Yerləşdirmənin anderrayteri qismində "Paşa Kapital" MMCçıxış edir.

"Şirkət onun səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi ilə bağlı ərizə ilə müraciət edib", - məlumatda deyilir.

"Bank of Baku" 1994-cü ildə yaradılıb. 2005-ci ildə iki özəl bankın - "Bank of Baku" MMC və "IlkBank" KB birləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti