...

Baku Electronics-in yeni mağazası açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2012 11:02 (UTC +04:00)
Ölkəmizdə uzun illər fəaliyyət göstərən və bu illər ərazində istehlakçının rəğbət və etibarını qazanan şirkətlərin siyahısı yaransa, heç şübhəsiz, Baku Electronics bu siyahının liderlərindən olar.
Baku Electronics-in yeni mağazası açılıb (FOTO)

Ölkəmizdə uzun illər fəaliyyət göstərən və bu illər ərazində istehlakçının rəğbət və etibarını qazanan şirkətlərin siyahısı yaransa, heç şübhəsiz, Baku Electronics bu siyahının liderlərindən olar. Doğrudan da, 15 ildən artıqdır ki, fəaliyyət göstərən şirkət hər ötən il öz mövqeyini daha da gücləndirməyə nail olur. Bunun təcəssümünü istər geniş mağaza şəbəkəsi, istər təqdim olunan məhsulların çeşidliliyində, istərsə də yüksək xidmətsəviyyəsində görmək mümkündür.

Şirkətin səyləri nəticəsində müasir və keyfiyyətli məişət texnikası və elektronikaya sahib olmaq hər kəs üçün əlçatan olmuşdur. Son illər şirkət nəinki hər il, hətta, ildə bir neçə dəfə yeni mğaza çaraq alıcılarına bir az daha yaxın olur. Elə dekabrın 14-də Sahil metrostansiyası yaxınlığında açılan yeni mağaza da bunun bariz nümunəsidir. Lakin bu mağaza Baku Electronics-in digər mağazalarından fərqli konsept əsasında fəaliyyət göstərəcəkdir. Burada alışılan məişət texnikası da deyil, sadəcə elektrotexnika məhsulları realizə ediləckdir.Mağazanın açılışına toplanan qonaqlar burada Samsung, Apple, HP, Toshiba, Canon kimi qabaqcıl dünya istehsalçılarının geniş çeşiddə televizor, kompyuter, noutbuk, planşet, telefon, fotoaparat və onlarla aksesuarlarla tanış oldular.

Şirkətin kommersiya departamentinin müdiri Hikmət Hüseynovun verdiyi məlumata görə, bütün bu məhsullar alıcılara ən sərfəli satış şərtləri və Baku Electronics zəmanətiylə təqdim olunmaqdadır.

Baku Electronics müasirliyə və keyfiyyətə üstünlük verən hər kəsi Bülbül prospekti 5 ünvanında yerləşən yeni Sahil mağazasına dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti