...

flydubai ilə Azərbaycan turistləri üçün Yeni İl istirahəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2012 14:19 (UTC +04:00)
İlk qənaətcil aviaşirkət olan flydubai azərbaycanlı turistlər üçün Yeni İl bayramlarını keçirtmək üçün üç ən maraqlı, unudulmaz və münasib qiymətləri olan istirahət məkanlarını təklif edir.
flydubai ilə Azərbaycan turistləri üçün Yeni İl istirahəti

İlk qənaətcil aviaşirkət olan flydubai azərbaycanlı turistlər üçün Yeni İl bayramlarını keçirtmək üçün üç ən maraqlı, unudulmaz və münasib qiymətləri olan istirahət məkanlarını təklif edir.

Qış günəşi altında həzz
Кolombo, Şri Lanka

Xəbəriniz varmı? Şri Lanka 2012-ci ildə Lonely Planet saytının istifadəçiləri tərəfindən hökmən ziyarət edilməli ölkə №1 seçilib.

Məşğuliyyət. Cənuba, səfalı sahillərə üz tutmamışdan öncə bir neçə gün Kolomboda keçirin. Möhtəşəm Milli Muzeydə qədim artefaktlar kolleksiyası və müstəmləkə dövrünün əşyaları ilə tanış ola, və yaxud Vixaramaxedevi Parkında gəzişə bilərsiniz. Əgər Siz doğma və yaxınlarınıza Yeni il hədiyyələri almaq istəyirsinizsə, nəhəng Pettax bazarına baş çəkə bilərsiniz. Hərarətli günün sonunda isə "Galle Face" otelinin terrasında sərin içkilərdən həzz alaraq rahatca dincələ bilərsiniz. Sözün əsl mənasında dincəlmək üçün isə gecə qatarı ilə Şri Lankanın ekzotik cənub sahillərinə səfər etmək olar. Tanqaldakı sakit Qoyamboka çimərliyi, turist cənnəti adını qazanmış Mirissa, xəlvəti yerdə yerləşən, insan axını azlıq təşkil edən Unavatuna kurortuna gedə bilərsiniz. Vaxt eləyib Qalleyə də getmək məsləhətdir. Oradakı istehkam və qədim Qala, satışda olan zinət əşyaları və sənət nümunələri diqqətinizi mütləq cəlb edəcək.

Məskunlaşma. Kolombonun mərkəzində yerləşən "Hilton Colombo" oteli Şaxta Babanın məskünlaşdığı yerdir. Burada heyranedici bayram əhval-ruhiyyəsini duymaq və bayram xörəklərini dadmaq olar. Oteldən Hind okeanına möhtəşəm mənzərə açılır.
Məhdud büdcə ilə səyahət edənlər üçün alternativ - sahilboyu Şri Lanka çimərliklərinin yaraşığı olan yüzlərlə bunqalolardır.

Qidalanma. Şri Lanka mətbəxi təravətli ədviyyat və otlarla, hindqozu və küncüt yağları ilə zəngindir. Burada müxtəlif dəniz məhsulları və hopper - Kitul palmasından hazırlanmış şirin meyvə şərbəti ilə birgə verilən qızarılmış fəsəli çox məşhurdur. Kolomboda çoxlu saylı restoranlar var ki, orada yerli "Hawker" üslublu xörəklər təklif edilir: müxtəlif bişmişlər, balıq yeməkləıri, yumurta ruletləri və s.

Məsləhət. Oteli öncədən sifariş edin - nə qədər tez olsa, o qədər yaxşıdır. Xüsusilə, Yeni il bayramı ərəfəsində. Bu dövr ərzində, adətən, adaya çoxsaylı turist axını müşahidə olunur.

Aviareyslər: hər gün

Qiymətlər: gediş-dönüş qiyməti 303 ABŞ dollarından başlayır.

Əldən düşənə qədər alış veriş
Buxarest, Rumıniya

Xəbəriniz varmı? İrlandiyalı yazıçı Brem Stoker məşhur romanının qəhrəmanı Drakula Transilvaniyada, Bran qəsrində "yaşayır". Buraya Buxarestdən qatarla üç saata çatmaq mümkündür.

Məşğuliyyət. Bayram əhval-ruhiyyəsinin ləzzətini duymaq üçün Buxarestin qədim hissəsi və şəhər ətrafına səfərə çıxa bilərsiniz. Burada Yeni il tətilləri günləri Milad bazarları təşkil edilir. Zənginliyi ilə seçilən bayram bazarlarında müxtəlif Yeni il oyuncaqları, əl işləri, musiqi sandıqçaları və s. satılır. Buxarestin mərkəzi - "Piata Universitatii" meydanında isə möhtəşəm Yeni il yolkası ilə tanış olmaq olar.

Məskunlaşma. Özünüzü dəbdəbə ilə əhatə etmək istəyirsinizsə, o zaman dünyanın ən nəhəng yaşayış binalarından biri - Parlament Sarayının yanında yerləşən "Grand Hotel Continental" mehmanxanasını seçin. Əgər Siz böyük kampaniya ilə səyahətə çıxmısınızsa, onda Buxarestin mərkəzində yerləşən yaraşıqlı apartamentləri öncədən bronlaşdıra bilərsiniz. Əlverişli qiymətlərlə təklif edilən mənzillərin hamısında geniş mətbəx var. Orada Siz özünüz və dostlarınız üçün əsl bayram şamı təşkil edə bilərsiniz

Qidalanma. Bayram bazarlarında gəzişən zaman qovurulmuş şabalıd, zəncəfilli qoğallardan yan keçməyin. Rumıniya paytaxtını tam şəkildə duyub, hiss etmək üçün isə Smardan, Franceza, Şelari, Sfantul Dumitru, Gabroveni və Covaci küçələrində bir-birini əvəzləyən restoran və kafeləri ziyarət etməyi unutmayın.
Məsləhət. Bayram günlərində havanın hərarəti, adətən, 3 ° C civarında olur. Ona görə də özünüzlə xeyli qalın geyim götürməyi unutmayın.

Aviareyslər: həftədə dörd dəfə

Qiymətlər: gediş-dönüş qiymətləri 582 ABŞ dollarından başlayır

Ərəbsayağı sərgüzəştlər
Maskat, Оman

Xəbəriniz varmı? Omanda əsrarəngiz çimərliklərin ümumi sahəsi 2700 kv.km təşkil edir.

Məşğuliyyət. Sonsuz səhralar, ucsuz-bucaqsız sahillər, qayalıq kanyonlar, nəhəng qum təpələri... Oman - əsl off-road performansı sevənlər üçün təkraredilməz məkandır. Maskata çatan kimi, 4x4 avtomobili icarəyə götürüb Sultanatın dağ və düzənliklərində yerləşən çay yataqlarına üz tuta bilərsiniz. Ən mənzərəli vadilərə Maskatdan iki saata çatmaq mümkündür. Paytaxtdan cənub istiqamətinə yola düşsəniz, ölkənin ən dik və dar yollarını qət edərək xurma ağacları ilə bol səfalı Mibam kəndinə çatacaqsınız. Səhraları aşmaq hissi ilə yaşayırsınızsa, o zaman Vahib qumsallığına üz tutun. Burada yerli turizm şirkətlərinin dəstəyi ilə hətta düşərgə salıb gecələmək də olar.

Məskunlaşma. Nəhəng səhranın ortasında yerləşən "Al Raha" turizm düşərgəsi - ərəbsayağı sərgüzəşt üçün ideal bir məkandır. Düşərgə "Barasti" üslublu 77 tikili mövcuddur. Yaşayış yerləri həm lyuks, həm də ənənəvi bədəvi üslubundadır. Səhra rənglərinə boyanmış, əzəmətlə bəzədilmiş komalarda 4 nəfər məskunlaşa bilər.

Qidalanma. Müxtəlif kabablardan tutmuş, ənənəvi bədəvi mətbəxinə qədər - "Al Raha Camp"-ın ulduzlar altında təklif etdiyi xörəklər hər bir səyyahın zövqünə cavab verəcək. Əsas delikateslərdən biri - hil və ətirli düyü ilə birgə verilən keçi ətidir.

Əsas tövsiyə: Baxmayaraq ki, turizm şirkətləri zəruri ləvazimatlarla səyyahları təmin edirlər, alın üstü fənərcik qaranlıq düşəndən sonra düşərgədə hərəkət etmək üçün lazım ola bilər.

Uçuşların sayı: Gündəlik

Qiymətlər: gediş-dönüş qiymətləri 142 ABŞ dollarından başlayır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti