Azərbaycan, Bakı, 8 yanvar /Trend/
Yanvarın 9-dan etibarən "Finans Lizinq" ASC-nin illik 14 faiz gəlirliliklə 400 min manat həcmində təmin edilməmiş, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlanılır. Bu barədə çərşənbə axşamı Trend-ə birjadan məlumat verilib.
Lizinq şirkəti istiqrazlarının BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 800 istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti iki ildir, faiz ödəniş dövrünün müddəti isə 3 aydır.
Yerləşdirmənin anderrayteri qismində "Paşa Kapital" MMC çıxış edir.