...

"İxrac bülleteni"nin dekabr sayı nəşr olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2013 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən iş adamlarının məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZPROMO tərəfindən ixrac xidmətləri, müxtəlif ölkələrlə iqtisadi əlaqələr, ixraca dair qanunvericilik və digər məlumatların əksini tapdığı "İxrac bülleteni"nin növbəti sayı nəşr edilib. Bülletendə Fondun iş adamlarına göstərdiyi ixrac xidmətləri, qablaşdırma və etiketlənmə üzrə ümumi tələblər, Avropa İttifaqına ixrac, sərgilər və digər məlumatlar verilib.

"İxrac bülleteni" İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az, AZPROMO-nun www.azpromo.az internet səhifələrində yerləşdirilib.

"İxrac bülleteni"nin yerli şirkətlərə, beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması nəzərdə tutulur. Bundan başqa, bülleten AZPROMO tərəfindən bu il ölkəmizdə təşkil ediləcək tədbirlərdə iş adamlarına paylanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti