...

Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 15:49 (UTC +04:00)
2012-ci ilin dekabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.
Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri bahalaşıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

2012-ci ilin dekabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, vermişelin, hind toyuğunun, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun qiyməti bahalaşıb.

Bahalaşma ilə yanaşı, dekabr ayında qarabaşaq yarmasının, toyuq ətinin, kərə yağının, günəbaxan yağının, şəkər tozunun, naringinin, kələmin, çuğundurun, kökün, soğanın qiymətlərində ucuzlaşma da müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti