...

Azərbaycan əhalisinin gəlirləri 13,8 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 19:35 (UTC +04:00)
2012-ci ilin ilkin yekunlarına görə, Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 13,8 faiz artaraq 34,7 milyard manata çatıb.
Azərbaycan əhalisinin gəlirləri 13,8 faiz artıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

2012-ci ilin ilkin yekunlarına görə, Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 13,8 faiz artaraq 34,7 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 3784,3 manat və ya ayda 315,4 manat olub. Hər nəfərə düşən gəlirlər 12,2 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 11,1 faiz bəndi üstələyib, yəni hər nəfərə gəlirlər real ifadədə 11 faiz artıb.

Gəlirlərin 61 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 29,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 31,7 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 13,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti