...

Azərbaycanın iki rayonunda yeni seysmoloji stansiyalar tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 10:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi iki rayonda seysmoloji stansiyaların tikintisi və avadanlıqların quraşdırılması üçün tender elan edib.

Trend-in "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, stansiyalar Ağdam və Füzuli rayonlarında quraşdırılacaq.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri fevralın 18-dək Tender Komissiyasına təqdim etməlidirlər.

İddiaçıların təklifləri fevralın 26-da açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti