...

Azərbaycanda ipoteka istiqrazlarına tələbat təqribən 6,6 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 12:35 (UTC +04:00)
Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) altıncı emissiyadan faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazların üçüncü hissəsini yerləşdirib.
Azərbaycanda ipoteka istiqrazlarına tələbat təqribən 6,6 dəfə artıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) altıncı emissiyadan faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazların üçüncü hissəsini yerləşdirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in yaydığı məlumatda deyilir.

Hərraca 5 milyon manatlıq istiqraz çıxarılıb, lakin tələbat təklifi 6,58 dəfə üstələyib.

İki investor tərəfindən 32,92 milyon manat məbləğində sifarişlər təqdim edilib.

İstiqrazlar 100,2000 nominal dəyərlə satışa çıxarılıb. İstiqrazların ödənmə tarixi 6 noyabr 2022-ci ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti