...

Ermənistanın milli aviadaşıyıcısı yenə borc içindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 15:23 (UTC +04:00)
Ermənistanın milli aviadaşıyıcısı "Armavia" dekabrın 26-dək "Zvartnots" aviameteoroloji mərkəzinə təqribən 100 milyon dram həcmində borcunu ödəməli idi.
Ermənistanın milli aviadaşıyıcısı yenə borc içindədir

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Ermənistanın milli aviadaşıyıcısı "Armavia" dekabrın 26-dək "Zvartnots" aviameteoroloji mərkəzinə təqribən 100 milyon dram həcmində borcunu ödəməli idi. Bu barədə Trend çərşənbə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.

Lakin borc hələ də getdikcə artır.

Aviameteoroloji mərkəzin direktoru Pavel Manukyan deyib ki, razılaşma yerinə yetirilməyib, buna görə də onlar məsələni necə həll edəcəklərini bilmirlər.

Müqaviləyə əsasən, "Armavia" hər reysə görə 33 min dram ödəməlidir.

Mərkəz "Zvartnots" aeroportu ərazisində fəaliyyət göstərir.

"Bizim icarə ilə bağlı problemimiz var, borc artır, lakin biz reysləri poza bilmərik", - Manukyan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti