...

Azərbaycan Beynəlxalq Bankının xalis mənfəəti 80 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 12:05 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) 2012-ci il üzrə xalis mənfəəti illik müqayisədə 80% artaraq 43,4 mln. manata çatıb.
Azərbaycan Beynəlxalq Bankının xalis mənfəəti 80 faiz artıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) 2012-ci il üzrə xalis mənfəəti illik müqayisədə 80% artaraq 43,4 mln. manata çatıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın mətbuat xidmətindən bildirilib.

Bankın gəlirləri 2011-ci ilə nisbətən 7,1 faiz artaraq 377,8 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti