...

Azərbaycanda qanunsuz lotereyanın təşkili aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2013 12:18 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” qanuna və öz Əsasnaməsinə müvafiq olaraq? lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.
Azərbaycanda qanunsuz lotereyanın təşkili aşkarlanıb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Lotereyalar haqqında" qanuna və öz Əsasnaməsinə müvafiq olaraq? lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "BELLFOOD" MMC tərəfindən "Life Market" ticarət şəbəkələrində "Life Marketdən Bolluca Hədiyyələr" adlı stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilib və keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib.

QKDK "Life Market" ticarət şəbəkələrində keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti