...

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Port rayonunun Baş Plan Konsepsiyasının işlənilməsi başa çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2013 09:00 (UTC +04:00)
"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Port rayonunun Baş Plan Konsepsiyasının işlənilməsi başa çatıb.
"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Port rayonunun Baş Plan Konsepsiyasının işlənilməsi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Port rayonunun Baş Plan Konsepsiyasının işlənilməsi başa çatıb.

Layihədəki mənbədən Trend-ə verilən məlumata görə, konsepsiya Bakı Şəhər İcra Hakimiyyətinin 07.09.2011-ci il tarixli, 415 saylı sərəncamına əsasən işlənilib. Ümumi sahəsi 74 ha olan Port rayonu Y.Səfərov, X.Rüstəmov küçələri və Nobel prospektinin əhatə etdiyi ərazidə və Bakı buxtasına bitişik sahələrdə yerləşir. "Bakı Ağ Şəhər" ərazisinin qərb hissəsindəki rayon Bakının mərkəzi ilə birləşərək və Bakı bulvarını davam etdirərək gələcəkdə şəhər sakinləri üçün rahat və sakit şəhər mühiti yaradacaq.

Port rayonu yeni bulvar xətti boyunca amfiteatr şəklində yerləşmiş müxtəlif mərtəbəli binalardan ibarətdir. Yeni bulvara ən yaxın olan binaların mərtəbələrinin sayının 3-dən 24-ə qədər olması planlaşdırılır, onlardan sonra yerləşən və 32-dən 45-ə kimi mərtəbəsi olan hündür binalar isə rayonun siluetini vizual olaraq tamamlayacaq. Binaların bu cür quruluşu dəniz sahilinin, o cümlədən Bayraq Meydanının panoramasına həyəcanlandırıcı görüntü verəcək.

Müfəssəl düşünülmüş infrastruktur, məktəblər, parklar, meydançalar və piyada keçidləri ilə yanaşı, Neftçilər prospektinin uzadılması və müasir meqapolisin bütün tələblərinə cavab verən yeni yolların və piyada keçidlərinin salınması insanların komfort hərəkətini və yeni ofis binalarına, hotel və yaşayış komplekslərinə rahat girişini təmin edəcək.

Sahil zolağının unikal hissəsində yerləşməsi və binaların müfəssəl düşünülmüş yerləşmə planı Port rayonunun Bakı buxtasının daha bir arxitektura incisinə çevriləcəyindən xəbər verir.

Hazırda "Bakı Ağ Şəhər" layihəsinin Yaşıl Ada rayonunun və Sahil rayonunun qərb hissəsinin mənimsənilməsi başa çatmaq üzrədir. Layihə çərçivəsində investorlar üçün iki başqa rayonda yeni imkanlar açılır. Bunlar "Bakı Ağ Şəhər"in mərkəzi rayonu olan Fəvvarələr Meydanı və podiumlarda, Nizami parkından yuxarıda yerləşən və bu səbəbdən sahilyanı bulvara gözəl mənzərəsı açılan 7-19 mərtəbəli orta hündürlüklü binalardan ibarət Park rayonudur.

"Bakı Ağ Şəhər" şəhərsalma layihəsi Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti