...

"Muğan Bank" kapitallaşma prosesini bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 20:41 (UTC +04:00)
Martın 15-dən etibarən "Muğan Bank"ın 3 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır. Bu barədə cümə axşamı Trend-ə Bakı Fond Birjasından məlumat veriblər.
"Muğan Bank" kapitallaşma prosesini bərpa edib

Azərbaycan, Bakı, 14 mart/Trend/

Martın 15-dən etibarən "Muğan Bank"ın 3 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır. Bu barədə cümə axşamı Trend-ə Bakı Fond Birjasından məlumat veriblər.

"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması təklifilə birjaya müraciət edib" , - birjanının məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 15 min səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 40 milyon manatı ötəcək. Ötən ilin yekunlarına əsasən, bankın nizamnamə kapitalı 37,306 milyon manat, məcmu kapitalı isə 45,07 milyon manat olub. Bank tərəfindən səhmlərin emissiyasının sonuncu dəfə yerləşdirilməsi ötən ilin noyabırnda həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti