...

"Paşa Bank" və "British Council" inşa müsabiqəsi keçirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycanın ən böyük banklarından biri olan "Paşa Bank" "British Council" ilə əməkdaşlıqda inşa müsabiqəsi elan edir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu layihənin məqsədi iqtisadi artım, islahatlar və inkişaf məsələlərinin işıqlandırılması, gənclərin gələcək inkişafda daha fəal iştirak etməyə sövq edilməsidir.

İnşalar ingilis dilində təqdim edilməli və aşağıda qeyd olunan mövzuları əhatə etməlidir:

- Maliyyə böhranı iqtisadi modelləşdirmənin qeyri-səmərəli olmasına təsir göstəribmi?
- Bəzi ölkələrin kasıb, bəzilərinin isə zəngin olduğunun səbəbi nədir?
- Niyə bəzi ölkələrdə iqtisadi inkişaf digərlərindən daha sürətlə baş verir? İqtisadi inkişafın sürətləndirilməsi üçün Mərkəzi Bank nə kimi tədbirləri həyata keçə bilər?
- Gəlirlərdə artan qeyri-bərabərlik problemini ölkə tez və real şəkildə necə həll edə bilər?
- Qara dəniz regionu 20 il sonra

İnşa müsabiqəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan 18-22 yaş arası tələbələr iştirak edə bilərlər.

1-ci yerin sahibləri (üç qali)b 1 iyul 2013-cü il tarixindən 9 avqust 2013-cü il tarixinədək Londonun məhşur "King's College" Universitetinin Yay Bizes Məktəbində təhsil almaq imkanı əldə edəcəklər.

"King's College" Universitetinin Yay Bizes Məktəbi haqqında məlumatı aşağıda qeyd olunan internet ünvanından əldə etmək olar: http://www.kcl.ac.uk/study/summerschool/index.aspx

2-ci yer- Noutbuk

3-cü yer - IPad

İnşanın müsabiqəyə təqdim olunması prosesi müstəsna olaraq onlayn rejimində həyata keçirilir. İnşalar 30 aprel 2013-cü il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına təqdim edilməlidir.

Qaydalar

- İnşaların qəbulu üçün son tarix 30 aprel 2013-cü ildir.
- Hər bir iştirakçı təklif olunmuş mövzulardan yalnız birinə həsr olunmuş inşa təqdim edə bilər. İştirakçıların yaşı 18-22 arasında olmalıdır.
- İnşalar yalnız ingilis dilində yazılmalı və həcmi 2000 sözdən artıq olmamalıdır.
- Bütün inşalar orijinal şəkildə işlənməlidir. Əvvəllər dərc olunmuş materiallar müsabiqəyə qəbul olunmayacaq. Hər hansı bir plagiatın müəllifi avtomatik olaraq müsabiqədə iştirakdan kənarlaşdırılacaq. Bütün inşalar xüsusi kompyuter proqramı vasitəsilə yoxlanılacaq.
- "British Council" və "Paşa Bank" qaliblərin inşalarını dərc etmək və/və ya yayımlamaq hüququnu özündə saxlayır.
- Münsiflər heyətinin qərarı son qərardır və mübahisə oluna bilməz.

Müsabiqə haqqında ətraflı məlumatı www.britishcouncil.az saytından və ya Azərbaycanda "British" Council proqramlarının əməkdaşı Könül Əhmədovadan 4971593, 4972013 telefon nömrələri və ya 4989236 faks nömrəsi vasitəsilə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti